• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Mənə dedilər ki, “Dağlar oğlu”nu oxuma” - Şəbnəm Tovuzlu

MƏDƏNİYYƏT-ŞOU

17 May 2024 | 10:40

“Mənə dedilər ki, “Dağlar oğlu”nu oxuma” - Şəbnəm Tovuzlu

“Dayının biri mənə dedi ki, “Dağlar oğlu” mahnısını oxuma, xoşum gəlmədi, o sənə cavab qaytardı”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu dəvət aldığı el şənliklərindən birində deyib.

İfaçı mahnını oxusa da, onu rəsmi “YouTube” kanalına yerləşdirmədiyini bildirib:

“Onlar da reklam üçün edirlər. Ayaz (Mahnının ilk ifaçısı) da tanınmalıdır axı. Eybi yox, görün mən o mahnını “YouTube”yə yerləşdirirəm? Yox. Çünki mən ondan pul qazanmıram. Bu mahnı sevilir, necə oxumayım? Sevin ki, mahnın tutub, xalq sevir”.

Qeyd edək ki, “Dağlar oğlu dağlar” mahnısına görə müğənnilər Ayaz Allahverdiyev, Vəfa Şərifova və Təranə Qumral qalmaqal yaşayıblar.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024