• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Samirə AzTV-dən ayrıldı

MEDİA

17 May 2024 | 15:56

Samirə AzTV-dən ayrıldı

Tanınmış teleaparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, eleaparıcı Azxeber.com-a açıqlamasında öz istəyi ilə işdən ayrıldığını deyib: 

"Bu il mənim üçün xüsusi ildir. Çünki, qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazirlaşır. Universitet seçimi, yerləşmə bunlar hamısı hazırda önəmlidi və zamanımı daha çox bu işlərə ayırdığımdan tez-tez xaricə səfərim olur. Eyni zamanda artıq 1 ilə yaxındır TV ilə paralel olaraq çalışdığım digər şirkətin xaricdə keçirilən layihələrinə qatılıram".

Teleaparıcı vaxt qıtlığına görə işdən ayrıldığını deyib:

"Hər gün canlı efir olduğu üçün mütəmadi olaraq işdən icazə ala bilmirdim. Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə mənən çox çətin oldu. Çünki peşəkar komanda və hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.


SON XƏBƏRLƏR

24 Yanvar 2025