Medianın İnkişaf Agentliyi tərəfindən təşkil olunan “İctimai proseslər media müstəvisində” mövzusunda Forum baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, forumun I panel mövzusu “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə edir.
Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Azərbaycan Respublikasının Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Rövşən Kərimli iştirak edib.
Mina Mikayılova