"Narkotiklərlə mübarizədə 2021-ci ildən etibarən media subyekləri ilə dəyirmi masalar keçirilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyi tərəfindən təşkil olunan “İctimai proseslər media müstəvisində” mövzusunda Forumunun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı panel sessiyasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib.
Onun sözlərinə görə, media subyektləri tərəfindən narkotiklə mübarizə çərçivəsindən 29 min dəfə sosial çarx yayımlanmışdır.
Mina Mikayılova