• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Kapital Bank" 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır

İQTİSADİYYAT

17 May 2024 | 10:57

Kapital Bank 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır

“Kapital Bank” 100 milyon manat civarında manat istiqrazları buraxmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direktoru Fərid Hüseynov deyib.

    O, qeyd edib ki, istiqrazların ilkin tranşı 50 milyon manat, faiz dərəcəsi 10% təşkil edəcək. İstiqraz buraxılışı daha sonra bazarın davranışına uyğun tənzimlənəcək.

    “Əhalinin “Kapital Bank”ın istiqrazlarına marağı yüksəkdir. Bunu dollar istiqrazları üzrə də müşahidə etdik. Dollar istiqrazlarının 82%-i fiziki şəxslər tərəfindən əldə edildi”- Fərid Hüseynov əlavə edib.

    Qeyd edək ki, “Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit poetfelinin həcmi 184 milyon manat civarındadır.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024