Bu günədək Azərbaycanda 19 155 IMEI kod bloklanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AZINTELECOM-dan bildirilib.
Məluamata görə, bloklanmış IMEI kodlarla 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdinə imtina cavabı verilib.
Qurum ölkəyə gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Qeyd olunur ki, bu cür hallarla qarşılaşmamaq üçün mobil cihaz alarkən mütləq IMEI kodu aşağıdakı kimi yoxlaçaq lazımdır:
Cihazın ekranında *#06# yığaraq IMEI kodunu öyrənin
Portal.rinn.az saytına daxil olub “IMEI yoxlama” xidmətinə keçin
Açılan pəncərəyə IMEI kodu yazıb “Yoxla” düyməsinə basın
IMEI kodun orijinal olub-olmadığı ekranda görünəcək.
Nərgiz Məmmədli