• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şuşada daha iki məscid inşa edilir

CƏMİYYƏT

15 Iyun 2024 | 22:21 | Müəllif: Subhan Mahmudov

Şuşada daha iki məscid inşa edilir

Şuşa şəhərində dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən 18-i indiyədək bərpa edilib, iki yeni məscid tikilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" beynəlxalq konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı:

"Prezidentin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə dörd il ərzində şəhərdə dörd məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla iki yeni məscidin inşasına başlanılıb"./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026