• Bakı 23° C

    17.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Nadir “TikTok”un “QURBANI OLDU”

MƏDƏNİYYƏT

17 May 2024 | 11:28

Nadir “TikTok”un “QURBANI OLDU”

“TikTok”da mənim adımdan xoşa gəlməyən sözlər paylaşırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımında deyib.

Müğənni “TikTok” sosial şəbəkəsindən onun haqqında yayılan xəbərlərin əsassız olduğunu bildirib:

“Mən vətənimi sevirəm, Azərbaycanı sevirəm. Böyük İlham Əliyevi sevirəm. Hər zaman ona güvənmişik. O, hər zaman Azərbaycan xalqının yanındır, biz də onun yanındayıq. Onun gördüyü işlər göz qabağındadır. Söhbətin nədən getdiyini bildiniz. Xahiş edirəm, elə paylaşımlara inanmayın, o səhifələr yalançıdır. Onları paylaşanlar insancıqlardır, insan cildinə girmiş şeytanlardır. Mənim mətbuat katibim bu işlərlə məşğuldur, onlar şikayət olunacaqlar”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR