• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Vəfaya görə Mürsəlin konserti LƏĞV EDİLDİ

MƏDƏNİYYƏT-ŞOU

17 May 2024 | 10:54

Vəfaya görə Mürsəlin konserti LƏĞV EDİLDİ

Müğənni Mürsəl Səfərovun mayın 19-da Gəncə şəhərində keçirilməsi planlaşdırılan konserti ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xəbərin var?” verilişində məlumat verilib.

Aparıcıların və Mürsəl Səfərovun iddiasına görə, konsertin ləğv edilməsinə səbəb Mürsəlin müğənni Vəfa Şərifovaya mahnı satmaqdan imtina etməsi olub:

“Mənə dedilər ki, mahnını Vəfa Şərifova oxusun. Razı olmadım. Sonra dedilər ki, duet oxuyun. Sonra isə Vəfa xanımın özü ilə danışdım, dedi ki, Sərdar Ortaçla müqaviləm olduğuna görə oxuya bilmərəm. Üzərindən 3-4 saat keçmiş Vəfa dedi ki, Sərdar Ortaçla danışım, oxuyaq. Ona da mən razı olmadım. Dedim artıq gecdir, özüm oxuyuram. Sonra isə Vəfa məni bloka atdı. Haqlı ola-ola haqsız duruma düşdüm”.

Mürsəl olanlar səbəbi ilə Gəncə konsertinin ləğv edildiyini və başqa təşkilatçılarla işbirliyinə başlayacağını bildirib:

“Mən mahnıalrıma güvənirəm. Davam edəcəm. Gözügötürməyənlərə, ayağımdan çəkənlərə görə davam edəcəm. Məni bloka atmamalıydı. Mən o hörmətə layiq biri deyiləm”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024