• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda qadına xəsarət yetirilib, əri və oğlu saxlanılıb

HADİSƏ

17 May 2024 | 10:50

Bakıda qadına xəsarət yetirilib, əri və oğlu saxlanılıb

Mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub.

    Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026