• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Əli Əsədov Temesgen Tirunehin ilə görüşüb

SİYASƏT

17 May 2024 | 11:46

Əli Əsədov Temesgen Tirunehin ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Efiopiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirildi. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu.

    İkitərəfli səviyyədə münasibətlərin möhkəmləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi vurğulanara, xüsusilə dövlət xidmətlərinin çatdırılması və sosial innovasiyalar sahəsində əməkdaşlığın son vaxtlar yaxşı dinamika nümayiş etdirdiyi bildirildi.

    Efiopiya Baş nazirinin müavininin səfəri çərçivəsində imzalanmış və “ASAN xidmət” konsepsiyası əsasında bu ölkədə dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi.

    Görüşdə Azərbaycan-Efiopiya əlaqələrinin bir sıra istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Sentyabr 2026