• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

"Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir"

SİYASƏT

15 Iyun 2024 | 12:05

Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

TDT-yə üzv və müşahidəçi ölkələrin hakim partiya təmsilçilərinin iştirakı ilə Şuşada bir araya gəlməyimizin bir ayrı rəmzi mənası vardır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib. Xankəndi, Xocalı və digər Azərbaycan torpaqlarına rahat gedə bilirik. Tarixi qələbəyə imza atan qardaş Azərbaycanı səmimi qəlbdən təbrik edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Azərbaycan və Türkiyə arasında yüksək səviyyədə əlaqələrdən danışan TBMM-nin üzvü bu əlaqələrin əsasının qoyulmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Qardaş ölkələr arasında münasibətlər digər türk ölkələri üçün nümunə olduğunu bildirən A.Ala deyib: “İllərlə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və digər məsələlərdə biz həmişə bir yerdə olmuşuq, bu birliyimiz bundan sonra da davam edəcək.

Azərbaycan və Türkiyə arasında əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsi həm də bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir”.


SON XƏBƏRLƏR