• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

MDB seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırır

SİYASƏT

15 Iyul 2024 | 10:36

MDB seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırır

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün MDB-nin müşahidə missiyasının formalaşdırılması prosesi gedir.

Bu barədə Bakıvaxtı.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Missiyanın formalaşdırılması mərhələsindəyik”, - məlumatda qeyd edilib.

Təşkilat yaxın vaxtlarda müşahidə missiyasının rəhbərinin təyin olunacağını vurğulayıb. Mətbuat xidməti əlavə edib ki, missiyanın rəhbəri MDB-yə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Şurası tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR