• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Növbəti güzəşti də etmişik: Ermənistan nə qədər silahlansa da... - AÇIQLAMA

SİYASƏT

13 Avqust 2024 | 17:04

Növbəti güzəşti də etmişik: Ermənistan nə qədər silahlansa da... - AÇIQLAMA

"Ermənistanla sülh sazişinin bağlanması İrəvan-Bakı münasibətlərində yeni trendlərə səbəb vermir. Sülh daha çox Ermənistana lazımdır".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib.

Professor bildirib ki, İrəvanın sülh sazişinin bağlanması üçün siyasi iradə nümayiş etdirməməsi qəribədir:

"Ermənistan daha çox kənar qüvvələrin müdaxiləsinə bel bağlayır. Vaxt qazanmaq üçün mənasız siyasi manevrlər edir. Hesablamır ki, prosesin uzadılması onun xeyrinə olacaq, ya yox”.

Onun sözlərinə görə, Ermənistanda belə fikir var ki, ölkənin dirəniş qabiliyyəti güclənməlidir ki, masada öz maraqlarını təmin edə bilsin. Dirəniş isə silahlanmada balans əldə etməyə hesablanıb:

“Amma Ermənistan nə qədər silahlansa da, Azərbaycanın qarşısında güc tətbiq etmək qabiliyyətinə malik olmayacaq. Azərbaycanla Ermənistanın resursları eyni deyil. Biz də oturub gözləməyəcəyik ki, Ernənistan silah arsenalını o həddə çatdırsın ki, onu diz çökdürməyə gücümüz yetməsin".

Həmsöhbətimiz vurğulayıb ki, sülhün şərtləri elan olunub:

"Ermənistanda konstitusiya dəyişikliyinə nə vaxt gedilsə, o zaman sülh mümkündür. Hələ onu demirik ki, kapitulyasiya sənədini imzalamış ölkənin öhdəlikləri var və onların yerinə yetirilməsi tələblərimiz ola bilər. Növbəti güzəşti də artıq etmişik. Sülh danışıqlarından komunikasiya xətlərinin açılması, Zəngəzur koridoru məsələsi çıxarılıb. İndi Ermənistan düşünsün, sülh kimə daha çox lazımdır?”

Qafar Çaxmaqlı:Sülh daha çox Ermənistana lazımdır

Q.Çaxmaqlı hesab edir ki, Ermənistanla sülh sazişinin bağlanması məsələsinə Azərbaycan siyasətində prioritet məsələ kimi baxılmamalıdır.

“Azərbaycan öz maraqlarını təmin etmək üçün bu ölkəni ciddiyə almamalıdır. Dünya siyasətində daha qlobal problemlərin həllində üstün rola sahibik", - deyə Qafar Çaxmaqlı qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

14 Yanvar 2025