• Bakı 23° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

MDB PA-nın nümayəndələri seçkiləri müşahidə edəcək

SİYASƏT

13 Iyul 2024 | 15:43

MDB PA-nın nümayəndələri seçkiləri müşahidə edəcək

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləyəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.

Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko tərəfindən təklif edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


SON XƏBƏRLƏR

22 May 2025