• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Putin: "Rusiya Qərbin təkliflərini müzakirə etməyəcək"

DÜNYA

17 May 2024 | 14:50 | Müəllif: Gülşən Şərif

Putin: "Rusiya Qərbin təkliflərini müzakirə etməyəcək"

"Rusiya münaqişənin həlli ilə bağlı tanış olmadığı ideyaları müzakirə etməyəcək".

Bakıvaxtı.az "TASS"a istinadən bildirir ki, bu sözləri İsveçrədə keçiriləcək Ukrayna ilə bağlı Sammiti şərh edən Rusiya prezidenti Vladimir Putin deyib.

O, Qərbin və Kiyevin Ukrayna üçün irəli sürdüyü təklifləri "öz istəklərinə əsaslanan vəziyyət" adlandırıb.

"Münaqişənin həlli üçün irəli sürülən şərtlər Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədi daşıyır" - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, İsveçrənin Bürgenstok şəhərində Ukrayna üçün sülh sammiti keçiriləcək. Sammitin təşkili Ukrayna və İsveçrə tərəflərinin koordinasiyalı səylərinin nəticəsidir. Burada bütün qitələrdən ölkə liderləri və hökumət başçıları iştirak edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva nümayəndələri sammitə dəvət olunsa da, Rusiya İsveçrə sammitində iştirak etməyəcək.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026