• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Rusiyada türməni ələ keçirənlər MƏHV EDİLDİ - YENİLƏNİB

DÜNYA

16 Iyun 2024 | 13:06

Rusiyada türməni ələ keçirənlər MƏHV EDİLDİ - YENİLƏNİB

Rostovda istintaq təcridxanasının əməkdaşlarını girov götürən şəxslər zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib.

“Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə 1 saylı İstintaq Təcridxanasında girovların azad edilməsi üzrə keçirilən xüsusi əməliyyat zamanı cinayətkarlar məhv edilib. Girov saxlanılan əməkdaşlar azad edilib və onlara heç bir zərər dəyməyib”, - məlumatda qeyd olunub.

***11:19

Altı məhbus Rostov-Dondakı istintaq təcridxanasının kamerasındakı pəncərə barmaqlıqlarını qıraraq, növbətçi məntəqəyə daxil olublar.

Bakıvaxtı.az bildirir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, məhbuslar orada işçiləri girov götürüblər. Əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr B. və 1 saylı istintaq təcridxanasının növbətçi xidmətinin kiçik inspektorunun girov götürüldüyü qeyd edilib.

Rostov həbsxanasına hücum edənlərin 5-nin kiliyi müəyyən edilib: M.Ş. Saypudinov (Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci bəndi a.g.), A.M.Çiçkiyev (Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndi), D.V.Kamneyev (Cinayət Məcəlləsinin 288.2-ci maddəsi), T.M.Gireyev (Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi), Ş.A.Akiyev (CM-nin 205.5-ci maddəsinin 2-ci bəndi).

Gireyev, Çiçkiyev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştirakda və terror aktı hazırlamaqda (onlar Qaraçayevo-Çərkəz Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırırdılar) mühakimə olunublar. Gireyev və Akiyev 18 il, Çiçkiyev isə 18 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin məlumata görə, istintaq təcridxanasında girov götürən cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

Onlarla danışıqlar aparılır. Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib.

Qeyd edək ki, Rusiya Federal Penitensiar Xidməti 2 nəfərin girov götürüldüyünü təsdiqləyib.

 


SON XƏBƏRLƏR