• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

“Crocus” terrorunda müxtəlif ölkələrin vətəndaşlarının əli var

DÜNYA

16 Iyul 2024 | 11:42

“Crocus” terrorunda müxtəlif ölkələrin vətəndaşlarının əli var

Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktını Mərkəzi Asiya və Avropa ölkələrindən, o cümlədən rusiyalılardan ibarət beynəlxalq komanda təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rosfinmonitorinq”in rəhbəri Yuri Çixançin Federasiya Şurasında çıxışı zamanı bildirib.

“Crocus City”yə gəlincə, araşdırmalar davam edir. Amma deyə bilərəm ki, onlar müxtəlif ölkələrin vətəndaşlarından ibarət beynəlxalq komandadır. Bunlar Mərkəzi Asiya ölkələrinin, Avropa ölkələrinin və s. nümayəndələridir”, - o qeyd edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026