• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Britaniya "Əl-Əqsa"ya edilən hücumu pisləyib

DÜNYA

15 Avqust 2024 | 09:29 | Müəllif: Əli Hüseynov

Britaniya "Əl-Əqsa"ya edilən hücumu pisləyib

Britaniyanın xarici işlər naziri David Lemi İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvirin "Məscidül-Əqsa"ya basqını pislədiyini bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, nazir açıqlamasında bildirib ki, Britaniya nazir Ben-Qvirin Qüdsdəki müqəddəs yerlərə düşünülmüş və təxribat xarakterli səfərini şiddətlə qınayır.

Bu hərəkəti status-kvonu və Qüdsdəki müqəddəs yerlərin qoruyucusu olan İordaniyanın rolunu sarsıtmaq kimi şərh edən Lemi bütün tərəflərin məqsədinin dərhal atəşkəsin əldə edilməsi yönündə fokuslanmalı olduğunu qeyd edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026