Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Qəzzada baş verənlərlə bağlı danışıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, Qəzzada İsrailin hücumu və məktəbin bombalanması nəticəsində öldürülən uşaqların cəsədlərini görməyin dəhşətli bir hadisə olduğunu dilə gətirib.
Qəzzadakı qarşıdurmaların İordan çayının qərb sahilində insanları təhlükə ilə üzləşdirdiyini xatırladan Papa qeyd edib:
"Vatikan sülh üçün çalışır. Mən hər gün Qəzzadakı camaata zəng edirəm. Orada xristianlar və müsəlmanlar, amma qardaş kimi yaşayırlar".
Əli Hüseynov