• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Meymunçiçəyi ictimai sağlamlıq üçün fövqəladə haldır - ÜST

DÜNYA

15 Avqust 2024 | 10:17 | Müəllif: Gülşən Şərif

Meymunçiçəyi ictimai sağlamlıq üçün fövqəladə haldır - ÜST

"Afrika və digər bölgələrdə meymunçiçəyi virusunun yayılması potensialı daha yüksəkdir".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ÜST-nin təşkil etdiyi Fövqəladə Hallar Komitəsinin iclasında çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı beynəlxalq səviyyədə fövqəladə hal yaxınlaşır.

"Konqoda 10 ildən çoxdur ki, bu virusa yoluxma halları qeydə alınır və hər il qeydə alınan xəstələrin sayında davamlı artım müşahidə olunur", - ÜSt rəsmisi qeyd edib.

Qebreyesusun sözlərinə görə, indiyədək meymun çiçəyinə yoluxmaların sayı 14 mini keçib. Bu il virusla bağlı 524 ölüm hadisəsi baş verib.

Qeyd edək ki, meymunçiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən keçir. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir. İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur.

Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026