Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 11-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, cinayətin törədilməsində əsas şübhəli hesab edilən, Narinin əmisi Səlim Güran iddia edib ki, baş vermiş hadisələrin dəlillərinin gizlədilməsində onun qohumu Hediye Güranın rolu var.
Belə ki, Hediye Güran onun qardaşının həyat yoldaşı olub. Qeyd edilib ki, hər iki şəxs həbs edilib.
Lakin Güran hadisə baş verən gün etdiyi hərəkətlərlə bağlı əvvəllər prokurorluğa verdiyi ifadələri təkrarlayıb və ona qarşı irəli sürülən ittihamları rədd edib.
Əli Hüseynov