İspaniyada avtobus tunelə çırpılıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, İspaniyanın Barselona şəhərində avtobus idarəetməni itirərək tunelə çırpılıb və dik vəziyyətdə asılı qalıb.
Bildirilib ki, qəza zamanı avtobusda 60 nəfər olub.
Hadisə nəticəsində 15 nəfərin yaralandığı, sürücünün isə avtobusda sıxılmış vəziyyətdə qaldığı qeyd olunub.
Mina Mikayılova










jpeg-1723706023.webp)





