• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İranda qadın kürəyindən güllələnib - Hicaba görə

DÜNYA

15 Avqust 2024 | 12:29 | Müəllif: Gülşən Şərif

İranda qadın kürəyindən güllələnib - Hicaba görə

İranda 31 yaşlı iki uşaq anası hicab taxmaq öhdəliyinə əməl etmədiyi üçün polis tərəfindən kürəyindən güllələnib. 

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, İranın Nur şəhərində 31 yaşlı Arezoo Badri adlı qadın dostu ilə evə gedərkən hicabsız olduqlarını əsas gətirərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Polisin səsgücləndirici vasitəsilə dayandırmasını istədiyi qadınlar qorxu içində yollarına davam ediblər. Bu zaman polis məmuru silahdan istifadə edərək əvvəlcə sükanı, sonra isə avtomobilin qapısına atəş açıb. Bu zaman güllələrdən biri Bədrinin kürəyinə dəyib. Yaralı qadın ətrafdakılar tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisədən sonra 3 həftədir xəstəxanada müalicə alan qadının səhhətinin vəziyyəti ağır olaraq qalır. Reanimasiya şöbəsində müalicə alan qadının ağciyərlərinin və onurğasının ciddi zədələndiyi bildirilib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026