Rusiya Müdafiə Nazirliyi bir həftə ərzində Donetsk vilayətində 8 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada 7-13 sentyabr tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.
Bildirilib ki, eyni tarixlərdə 49 Ukrayna əsgərinin əsir götürülüb:
"“Hərbi əməliyyat başlayandan Ukrayna Ordusuna məxsus 642 təyyarə, 283 helikopter, 31 501 PUA, 579 hava hücumundan müdafiə raket sistemi, 18 130 tank və zirehli texnika, 1 454 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 14 563 haubitsa və minaatan, 26 047 xüsusi təyinatlı texnika məhv edilib".
Əli Hüseynov