• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

48 nəfər saxta spirtdən öldü - yüzlərlə...

DÜNYA

14 Oktyabr 2024 | 11:00

48 nəfər saxta spirtdən öldü - yüzlərlə...

İranda 48 nəfər tərkibində metil spirti olan saxta spirtdən zəhərlənərək ölüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Mazanderan, Gilyan, Həmədan və Zəncan əyalətlərində baş verib. Yüzlərlə insan ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mazanderanda 21, Gilyanda 15, Həmədanda 11 və Zəncanda 1 nəfər ölüb.

Zərərçəkənlərdən bəziləri görmə qabiliyyətini itirib.

Yerli hakimiyyət orqanları saxta spirt istehsalı və satışı ilə məşğul olan bir neçə nəfəri saxlayıb.

Görülən tədbirlərə baxmayaraq, faciənin miqyası çox böyük olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026