• Bakı 11° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi 

DÜNYA

13 Noyabr 2024 | 09:35

Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi 

ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Bakıvaxtı.az-ın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər Cənubi Qafqazda ləyaqətli və davamlı sülhün əldə olunmasının vacibliyini müzakirə ediblər.

Həmçinin telefon danışığı zamanı Livan və İsrail əhalisinin öz torpaqlarına qayıtmasını təmin edən BMT TŞ-nin 1701 saylı qətnaməsinin icrası, Qəzzada münaqişənin başa çatmasının və Fələstin əhalisinə humanitar yardımın çatdırılmasının vacibliyi müzakirə olunub.


SON XƏBƏRLƏR

13 Noyabr 2024