• Bakı 20° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım 

DÜNYA

13 Dekabr 2024 | 09:18

ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım 

Vaşinqton administrasiyası Ukraynaya 500 milyon dollar dəyərində növbəti hərbi yardım paketi təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, hərbi yardım paketinə “HIMARS” raket sistemləri üçün döyüş sursatı, tank və dron əleyhinə silahlar daxil olacaq.

Qeyd edək ki, Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri də “Yeddilik” qrupunun qərarına uyğun olaraq Ukraynaya 50 milyard dollar məbləğində kredit ayrıldığını təsdiqləyiblər.


SON XƏBƏRLƏR

28 May 2026