• Bakı C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

"Sülh prosesini prioritet hesab edirəm" - Paşinyan

DÜNYA

12 Yanvar 2025 | 00:14

Sülh prosesini prioritet hesab edirəm - Paşinyan

"Sülh prosesini prioritet layihə hesab edirəm, rəqəmsallaşma və korrupsiya ilə mübarizəni də ikinci və üçüncü prioritet hesab edirəm". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 11-də İcevanda keçirilən görüşdə bildirib. 

"Real Ermənistanın ideologiyasına və konsepsiyasına qayıtmaq istəyirəm və mən bu sualı əsasən KMS ilə müzakirələrdə qaldırdım. Amma biz bu sualı bütün sektorlara verməliyik. Ermənistanın iqtisadi siyasəti nədir, sosial siyasəti nədir, onun xarici siyasəti nədir? Bizim apardığımız siyasət Real Ermənistanın ideologiyasıdır, etməli olduğumuz şey müdafiə sferasında artıq görünür...", - deyə baş nazir qeyd edib. 


SON XƏBƏRLƏR

11 Yanvar 2025