• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Levski" - "Sabah" oyununun biletləri satışda

İDMAN

01 Avqust 2025 | 15:48

"Levski" - "Sabah" oyununun biletləri satışda

Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb.

Qiymətlər sektoralara uyğun olaraq 27-170 lev (26-168 manat) aralığında dəyişir.

Azarkeşlər avqustun 1-dən 3-dək, bazar günü daxil olmaqla, yalnız 2025/2026 mövsümü üçün platin üzvlik kartları olanlar biletləri əldə edə biləcəklər. Avqustun 4-də isə qızıl üzvlük kartlarına sahib olanlara bilet satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR