• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Qəzzada acından ölənlərin sayı 162-yə çatıb

DÜNYA

02 Avqust 2025 | 09:07

Qəzzada acından ölənlərin sayı 162-yə çatıb

Qəzza zolağında son 24 saatda aclıq və qida çatışmazlığından ikisi uşaq olmaqla 3 nəfər ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayının 162-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

    "Beləliklə, acından ölənlərin sayı 92-si uşaq olmaqla 162-yə çatıb. Səhiyyə Nazirliyi olaraq, Qəzza zolağında blokada, ərzaq və tibbi ləvazimat çatışmazlığı səbəbindən humanitar böhranın daha da ağırlaşdığını vurğulayır, beynəlxalq ictimaiyyəti və yardım təşkilatlarını təcili müdaxilə etməyə çağırışımızı təkrar edirik", - məlumatda deyilir.


    SON XƏBƏRLƏR

    01 Avqust 2025