• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ ordusu hipersəs raketinin sınağını keçirdi

DÜNYA

13 Dekabr 2024 | 09:27

ABŞ ordusu hipersəs raketinin sınağını keçirdi

ABŞ orta mənzilli hipersəs raketinin (Long Range Hypersonic Weapon - Qeyd ) sınaq buraxılışını həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raketinin buraxılışı Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib.

İlkin məlumata görə, bu, raketin standart buraxılış qurğusundan atıldığı ilk uğurlu uçuş sınağı olub.

“Lockheed Martin” şirkəti tərəfindən hazırlanan “Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir. Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026