Çinin cənubundakı Çjuhay şəhərində bir nəfər yolsuzluq avtomobilini idman mərkəzinin yaxınlığında idman edən insanların böyük bir qrupunun üzərinə sürüb.
Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı 35 nəfər ölüb, 43 nəfər isə xəsarət alıb.
Çjuhay şəhəri və Quanqdonq əyalətindən yüzlərlə xilasedici təcili yardım göstərmək üçün hadisə yerinə göndərilib.
Hadisəni törədən Fan adlı şəxs qaçmağa cəhd etdikdən sonra hadisə yerində polis tərəfindən saxlanılıb. O, bıçaqla özünə boynundan ağır xəsarətlər yetirib.
Polis bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Fanın boşanmasından narazı olması səbəb olub.