• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İsrail Suriyanın raketlərinin 90 faizini məhv etdi

DÜNYA

12 Dekabr 2024 | 22:10

İsrail Suriyanın raketlərinin 90 faizini məhv etdi

İsrail qoşunları Suriyada müəyyən edilmiş “yer-hava” strateji raketlərinin 90%-dən çoxunu məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Məlumata görə, son günlər İsrail Hərbi Hava Qüvvələrinə məxsus yüzlərlə qırıcı və təyyarə Suriyanın ən strateji silahlarına: qırıcı və helikopterlərə, “Skad” raketlərinə, pilotsuz uçuş aparatlarına, qanadlı raketlərə, yüksək dəqiqliklə idarəolunan “yer-dəniz”, “yer-hava”, radarlar və s. silahlara ciddi ziyan vurub.

Həmçinin qeyd edilir ki, Suriyanın hava hücumundan müdafiə sistemi Yaxın Şərqdə ən güclü sistemlərdən biridir və vurulan zərər İsrail hava qüvvələrinin bölgədəki üstünlüyünün mühüm nailiyyətidir.


SON XƏBƏRLƏR

18 Aprel 2025