• Bakı C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

"Trampa yandırılmış torpaq qalıb" - Rusiya XİN

DÜNYA

11 Yanvar 2025 | 21:52

Trampa yandırılmış torpaq qalıb - Rusiya XİN

Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq etmək qərarına gələn ABŞ Ağ Evin yeni rəhbəri üçün ölkəni külə çevirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN-in "Telegram" kanalında qeyd olunub. 

"Konqresin təsdiqi olmadan bu sanksiyaları ləğv etmək hüququ olmayan gələcək prezidentə hərfi və məcazi mənada yandırılmış torpaq qalıb", - məlumatda deyilir.

Qeyd olunub ki, yeni məhdudiyyətlərin tətbiqi Co Bayden hakimiyyətinin başa çatması ərəfəsində qlobal bazarlarda sabitliyi pozmaq təhlükəsi yaratsa belə, Rusiya iqtisadiyyatına ən azı müəyyən zərər vurmaq cəhdidir: "Bu, həm daha bahalı və qeyri-sabit Amerika tədarüklərinə keçməli olan avropalı müttəfiqlərin maraqlarını, həm də ABŞ sakinlərinin maraqlarını qurban verir. Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq". 

Xatırladaq ki, ABŞ Xəzinədarlığı Rusiyanın enerji sektoruna bağlı 200-dən çox şirkət və fiziki şəxsləri, həmçinin 180-dən çox gəmini sanksiyalar siyahısına daxil edib. 


SON XƏBƏRLƏR

11 Yanvar 2025