• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Ukraynalılar Polşanı kütləvi şəkildə tərk edir

DÜNYA

10 Fevral 2025 | 18:22

Ukraynalılar Polşanı kütləvi şəkildə tərk edir

Ukraynalı qaçqınlar Qərbi Avropanın daha zəngin ölkələrində həyat şəraitlərini yaxşılaşdırmaq üçün Polşanı tərk edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu  barədə Polşa KİV-ləri məlumat dərc edib. 

Bundan əvvəl Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarında ukraynalı qaçqınların kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya getməyə başladığı ortaya çıxıb. Bildirilir ki, 2024-cü ilin sonunda Almaniyada 1,14 milyondan çox ukraynalı qaçqın yaşayır ki, bu da Avropa İttifaqına köçən ukraynalıların ümumi sayının 27,2 faizini təşkil edir. Eyni zamanda, Polşadakı Ukrayna vətəndaşlarının sayı 2022-ci ildəki 1,3 milyondan 983,8 min nəfərə qədər azalıb. Çexiyadakı ukraynalıların sayında da artım olub, 379 min nəfərə çatıb.


SON XƏBƏRLƏR

11 Mart 2025