• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Mask 59 milyon dollarlıq əsassız xərc aşkarlayıb

DÜNYA

10 Fevral 2025 | 21:04

Mask 59 milyon dollarlıq əsassız xərc aşkarlayıb

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yoxlama zamanı Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) vəsaitlərinin xərclənməsində pozuntular aşkar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idarənin rəhbəri, milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"DOGE komandası aşkar edib ki, FEMA ötən həftə qanunsuz miqrantların yerləşdirilməsi üçün Nyu-Yorkun dəbdəbəli hotellərinə 59 milyon dollar yönəldib. Bununla agentlik prezidentin fərmanına tabe olmayaraq qanunu pozub", - o qeyd edib.

Onun sözlərinə görə, bu vəsaitlər təbii fəlakətlər zamanı amerikalılara yardım üçün nəzərdə tutulub. /Report


SON XƏBƏRLƏR

11 Mart 2025