• Bakı 23° C

    5.38 m/s

Fransada iki qatar toqquşdu - 50 yaralı var - YENİLƏNİB

DÜNYA

11 Yanvar 2025 | 22:00 | Müəllif: Subhan Mahmudov

Fransada iki qatar toqquşdu - 50 yaralı var - YENİLƏNİB

Fransanın şərqində Strasburqda iki tramvayın toqquşması nəticəsində xəsarət alanların sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aşağı Reyn departamentinin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Rene Silye məlumat verib.

Onun sözlərinə görə, qəza nəticəsində 50 sərnişin yaralanıb: “Xəsarətlərin həyatı təhlükəsi yoxdur. Yaralıların yarısı xəstəxanalara yerləşdirilib”.

R. Silye əlavə edib ki, tramvaylarda təxminən 150 nəfər olub.

 

20:03

Fransanın Strasburq şəhərində iki tramvayın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ciddi olaraq qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bir tramvayın yol dəyişərək Strasburq stansiyasında dayanan tramvayla toqquşması nəticəsində baş verib.

Sosial mediada paylaşılan görüntülər sərnişinlərin içəridə sıxışanlara kömək etmək üçün təcili olaraq tramvay qapılarını sındırdıqlarını göstərir.

Hazırda genişmiqyaslı xilasetmə əməliyyatı davam edir. Yerli hakimiyyət orqanları bütün sərnişinlərin təxliyə edildiyini və yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığını təsdiqləyib.

Dəmir yolu hərəkəti dayandırılıb və hadisənin siqnal xətası və ya texniki nasazlıq səbəbindən baş verib-vermədiyini araşdırmaq üçün istintaq başladılıb./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026