• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bu ölkənin pulu rekord dərəcədə dəyərdən düşdü

DÜNYA

12 Dekabr 2024 | 20:11

Bu ölkənin pulu rekord dərəcədə dəyərdən düşdü

Suriyada 13 illik vətəndaş müharibəsi başa çatdı, Bəşər Əsəd rejimi devrildi. Müxalifətin nəzarətində olan ölkədə yeni hökumət qurulub və azad bazar iqtisadiyyatına keçid planları müzakirə olunur. Lakin ölkənin rəsmi valyutası olan Suriya lirəsi rekord dərəcədə dəyərdən düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda 1 dollar 13.100 Suriya lirəsinə bərabərdir. Bu isə dövlət qulluqçularının maaşlarına ciddi təsir göstərib:

Minimum əmək haqqı: 92.970 SYP (təxminən 7,1 dollar)
Ən yüksək dövlət qulluqçusu maaşı: 150.000 SYP (təxminən 11,45 dollar)

Suriya lirəsinin dəyərsizləşməsi nəticəsində ölkədə türk lirəsinə keçid sürətlənib. Dəməşqin Əməvi meydanında keçirilən nümayişlər zamanı vətəndaşların Suriya lirəsini yandırdığı görüntülər diqqət çəkib.

Suriya lirəsinin böyük dəyər itkisi xüsusilə 2020-ci ildə ABŞ-ın tətbiq etdiyi Sezar sanksiyaları ilə əlaqələndirilir. Ölkədə dolların və türk lirəsinin üstünlük təşkil etdiyi iqtisadi mühitdə gələcək idarəetmə və iqtisadi sistemin necə olacağı ilə bağlı qeyri-müəyyənlik davam edir./Milli.az


SON XƏBƏRLƏR

18 Aprel 2025