• Bakı C

    4.08 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Almaniyada yeni diviziya yaradılır

DÜNYA

11 Yanvar 2025 | 17:48

Almaniyada yeni diviziya yaradılır

Almaniyanın quru qoşunlarında ölkədəki mühüm obyektləri qorumaq üçün ayrıca, artıq dördüncü diviziya formalaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın Quru Qoşunları komandanlığındakı mənbəyə istinad edən “Deutsche Presse-Agentur (DPA)” agentliyi belə məlumat yayıb.

“Arxa ərazilərin müdafiəsi üzrə yeni diviziya həm fəalyyətdə, həm də ehtiyatda olan hərbçilərdən təşkil ediləcək və vahid komandanlıq altında olacaq. O, hərbi hissə kimi qismən yerləşdiriləcək. Diviziyanın aprelin 1-dək quru qoşunlarının istifadəsinə veriləcəyi planlaşdırılır”, - xəbərdə deyilir.

Qeyd edək ki, keçən il Almaniyanın Müdafiə naziri Boris Pistorius, dəyişən təhlükəsizlik vəziyyəti və müharibəyə hazır olmaq ehtiyacı səbəbindən Bundesverin (Almaniya ordusu) yenidən qurulması əmrini verib. Ölkənin Quru Qoşunlarının hazırda təxminən 20 min nəfərdən ibarət üç diviziyası var. Bunlar 1-ci və 10-cu tank bölmələri, eləcə də çevik reaksiya qüvvələri diviziyalarıdır.

Yaradılan hərbi hissəsinin vəzifələrinə limanlar, qatar stansiyaları və logistik mərkəzlər, boru kəmərləri, hərbi karvanların hərəkəti üçün nəzərdə tutulmuş yollar, körpülər və nəqliyyat qovşaqları, həmçinin rəqəmsal infrastrukturlarının mühafizəsi daxildir.

Yeni diviziyanın yaradılması həm də onunla bağlıdır ki, Almaniya hərbi komandanlığının fikrincə, ölkə gələcəkdə əməliyyat platforması və qoşunların şərqə göndərilməsi məsələsində aralıq məntəqə kimi NATO üçün mühüm rol oynaya bilər.


SON XƏBƏRLƏR