• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərdi

DÜNYA

10 Fevral 2025 | 17:11

İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərdi

İspaniya hökuməti Qəzzadakı humanitar böhranı yüngülləşdirmək məqsədilə 12 tonluq səhiyyə və sığınacaq ləvazimatlarını Ürdünə göndərib.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, yardım maddələri Ürdünün paytaxtı Ammanda İspaniya Qırmızı Xaç təşkilatına təhvil veriləcək və təxminən 3 min fələstinli bu yardımlardan faydalanacaq. O qeyd edib ki, İspaniya humanitar dəstəyini davam etdirəcək və Qəzzənin bərpası üçün beynəlxalq əməkdaşlıq lazımdır.

Albarez, Qəzzənin fələstinlilərə aid olduğunu və onların orada yaşamalı olduğunu vurğulayıb və ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Qəzzəni ələ keçirmək və fələstinliləri köç etdirmək" planına qarşı çıxdığını bildirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

11 Mart 2025