İsrail ordusu yanvar ayında işğal altındakı İordan çayının Qərb Sahilində 580 fələstinlini həbs edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədəFələstin Azadlıq Təşkilatına (FAT) bağlı Məhbuslar və Azad Edilənlər Komitəsi bildirib.
Məlumata görə, ən çox həbs halları Cenin şəhəri və oradakı qaçqın düşərgəsində qeydə alınıb.
Həbs edilənlər arasında 17 qadın və 60 uşaq olduğu, həmçinin həbsdə olan 4 fələstinlinin həyatını itirdiyi bildirilib.
Nuriyyə Musayeva