Livanın Baş naziri Nəcib Mikati Suriyaya səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.
Bu, Livan hökuməti başçısının 2010-cu ildən bəri Dəməşqə ilk rəsmi səfəridir.
Mikati ilə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara arasında danışıqlar dövlət başçısının iqamətgahı olan Xalq sarayında baş tutub.