• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Almaniya təyyarəsi turbulentliyə düşüb - xəsarət alanlar var

DÜNYA

12 Noyabr 2024 | 23:53 | Müəllif: Subhan Mahmudov

Almaniya təyyarəsi turbulentliyə düşüb - xəsarət alanlar var

Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentliyə (hava burulğanı - red) düşüb.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Alman mətbuatının məlumatına görə, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentliklə üzləşib. Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.

Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib. “Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026