Qazaxıstanda “Telegram” sosial şəbəksinin ofisi açılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev ABŞ Ticarət Palatasının və Amerikanın iri şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.
Mədiyev qeyd edib ki, nazirlik qeyri-qanuni məzmunun operativ şəkildə silinməsi və dağıdıcı kanalların bloklanması üçün “Telegram” ilə fəal əməkdaşlıq edir.
“Bizim qanunvericiliyə uyğun olaraq, "Telegram", "WhatsApp" və "TikTok" kimi internet platformalarının Qazaxıstanda nümayəndəsinin olması tələb olunur. Artıq “Telegram” ilə onların nümayəndəsinin təyin edilməsi və ofisin açılması ilə bağlı razılıq əldə olunub”, - deyə nazir bildirib.
O, bu razılaşmanı məzmun üzərində nəzarəti artırmaq üçün vacib addım adlandırıb.
Mina Mikayılova
















