"Belarus və Çin hökumətləri müdafiə sektorunda əməkdaşlığı artıracaqlar".
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bildirib.
Şöbə rəisi qeyd edib ki, Çin Xalq Azadlıq Ordusunun müdafiə naziri admiral Donq Jun ilə görüşüb və dialoq çərçivəsində iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müəyyən edilib.
“Müdafiə, sülhməramlılıq, təlim, birgə döyüş hazırlığı sahəsində əməkdaşlıq - bizdə artıq var, lakin bununla da dayanmırıq. Biz əməkdaşlığın həcmini artıracağımız bir sıra tədbirləri, qarşılıqlı fəaliyyətin yeni sahələrini müzakirə etdik”, - deyə Xrenin bildirib.
Belarusun müdafiə naziri əlavə edib ki, hazırda sazişlərin detalları barədə danışmaq tezdir.
Mina Mikayılova