• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Orban Trampın Ukrayna ilə bağlı planlarını açıqlayıb

DÜNYA

16 Iyul 2024 | 11:39 | Müəllif: Gülşən Şərif

Orban Trampın Ukrayna ilə bağlı planlarını açıqlayıb

"Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyi planlaşdırır". 

Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O, bildirib ki, seçkidən öncə Trampdan hansısa sülh təşəbbüsü gözləməyə dəyməz:

"Əminliklə deyə bilərəm ki, Tramp seçkilərdəki qələbəsindən sonra inauqurasiyasını gözləməyəcək, dərhal sülhməramlı kimi çıxış etməyə hazır olacaq".

Eyni zamanda Orban vurğulayıb ki, Trampın sülh prosesinə başlamaq üçün yaxşı planları var. Bu vəziyyətdə Avropa İttifaqı (Aİ) ölkələri Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına kömək etmək üçün Rusiya ilə birbaşa diplomatik əlaqələri bərpa etməlidirlər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR