• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

DYP bu avtomobillərlə bağlı tədbirlər görür - VİDEO

Gündəm

17 May 2024 | 13:37

DYP bu avtomobillərlə bağlı tədbirlər görür - VİDEO

DİN Baş Dövlət Yol Polis İdarəsinin Müayinə Mərkəzində texniki baxışdan keçən avtomobillərin yoxlanılması prosesi davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, “Təmiz hava” aylığı ilə əlaqədər xüsusən istehsal ili köhnə olan avtomobillərin havaya normadan artıq zəhərli qazın buraxıldığı aşkar edildiyi təqdirdə həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülür.

Qurumdan bildirilib ki, təkcə texniki baxış zamanı yox, ümumiyyətlə “Təmiz hava” aylığı ilə əlaqədar olaraq paytaxt və bölgələrdə normadan artıq qaz buraxan avtomobil sürücüləri ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Qeyd edək ki, avtomobillər texniki baxışdan keçirilən zaman istehsal ili köhnə olan nəqliyyat vasitələri sahibləri utulizasiyaya görə rüsum da ödəməlidirlər.


SON XƏBƏRLƏR

26 Iyul 2024