ABŞ-nin texnologiya şirkəti "Microsoft" Çində süni intellekt və bulud hesablamaları sahəsində çalışan yüzlərlə işçisinin xarici ölkələrə köçməyini təklif edib.
Bakıvaxtı.az "The Wall Street Journal" qəzetinə istinadən bildirir ki, bununla bağlı şirkət açıqlama yayıb.
Açıqlamaya görə, səlahiyyətlilər şirkətin 700-800 işçisinə Avstraliya və ya Yeni Zelandiya kimi ölkələrə getməyi təklif ediblər.
İşçilərin verdiyi qərar açıqlanmayıb.
Gülşən Şərif
















