• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Əbdül Fəttah əs-Sisi and içdi

DÜNYA

02 Aprel 2024 | 14:29

Əbdül Fəttah əs-Sisi and içdi

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Nümayəndələr Palatasının (parlament) üzvləri qarşısında konstitusiya andı içib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident Aparatı tərəfindən canlı yayımlanan andiçmə mərasimi Misirin yeni inzibati paytaxtında baş tutub.

Məlumata görə, bununla da Əbdül Fəttah əs-Sisi rəsmi olaraq üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ölkədə keçirilən prezident seçkilərində Əbdül Fəttah əs-Sisi 90 faiz səslə qalib gəlib. Misir qanunlarına görə, prezidentin səlahiyyət müddəti altı ildir.

Əbdül Fəttah əs-Sisi həmin seçkilərdə üçüncü və mövcud konstitusiyaya görə sonuncu dəfə namizədliyini irəli sürüb.


SON XƏBƏRLƏR

26 Iyul 2024